Arturo Vidal son 10 mövsümdə 9-cu çempionluğunu qeyd edib.....

İtaliyanın “İnter” futbol klubunun yarımmüdafiəçisi Arturo Vidal unikal göstəriciyə imza atıb.

<Arturo Vidal son 10 mövsümdə 9-cu çempionluğunu qeyd edib.....

AZƏRTAC xəbər verir ki, çilili yarımmüdafiəçi son 10 mövsümdə 9-cu çempionluğunu qeyd edib. Mayın 2-də “İnter”lə İtaliya A seriyasının qızıl medallarını qazanan futbolçu ümumilikdə üç ölkədə çempionluq sevinci yaşayıb.

A.Vidal 2011-2012-ci, 2012-2013-cü, 2013-2014-cü və 2014-2015-ci il mövsümlərində “Yuventus”la A seriyasının, 2015-2016-cı, 2016-2017-ci və 2017-2018-ci il mövsümlərində “Bavariya” ilə Almaniya Bundesliqasının, 2018-2019-cu il mövsümündə isə “Barselona” ilə İspaniya La Liqasının qalibi olub.

Son 10 ildə yalnız bir dəfə çempion ola bilməyən 33 yaşlı oyunçu 2019-2020-ci il mövsümündə “Barselona” ilə İspaniyada gümüş medala sahib olub.