Birinci sinfə şagird qəbulu ilə bağlı vatsap hesabı fəaliyyət göstərir.....

Birinci sinfə şagird qəbulu ilə bağlı vatsap hesabı fəaliyyət göstərir.

<Birinci sinfə şagird qəbulu ilə bağlı vatsap hesabı fəaliyyət göstərir.....

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar (+994) 51 206 78 48 vatsap nömrəsinə yazmaqla, 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair suallara cavab tapa bilərlər. Məqsəd birinci sinfə qəbul prosesi zamanı yaranmış sualları, həmçinin müraciətləri daha çevik və operativ cavablandırmaqdır.

Qeyd edək ki, aprelin 27-dən növbəti tədris ili üzrə I sinfə şagird qəbuluna start verilib. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.