Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIII turunun təqvimi açıqlanıb.....

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXII turunun təqvimi açıqlanıb.

<Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIII turunun təqvimi açıqlanıb.....

AZƏRTAC Peşəkar Futbol Liqasına (PFL) istinadla xəbər verir ki, iki günü əhatə edəcək tura aprelin 16-da “ASCO Arena”da keçiriləcək “Səbail” – “Qarabağ” oyunu ilə start veriləcək. Oyun saat 18:00-da başlayacaq.

Turun ikinci görüşü həmin gün “Kapital Bank Arena”da baş tutacaq. “Sumqayıt” klubu öz meydanında “Qəbələ” komandasını qəbul edəcək. Qarşılaşma saat 20:15-də start götürəcək.

Daha iki görüşü aprelin 17-də baş tutacaq. “ASK Arena”da “Keşlə” komandası “Sabah” klubunu qəbul edəcək. Hakimin start fiti saat 18:00-da səslənəcək.

Turun sonuncu oyunu isə 20:15-də “Neftçi” və “Zirə” komandaların arasında baş tutacaq.

XXIII turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

İyirmi bir turdan sonra turnir cədvəlinə 43 xalla “Qarabağ” klubu başçılıq edir. Qırx iki xalı olan “Neftçi” ikinci, 31 xalla “Zirə” üçüncü, 29 xalı olan “Sumqayıt” isə dördüncü yerdədir. Digər pillələrdə müvafiq olaraq “Qəbələ” (23), “Səbail” (19), “Keşlə” (19) və “Sabah” (18) klubları qərarlaşıblar.