Mərkəzi Bank: Bu gün heç bir bank “Moneygram” pulköçürmə sistemi ilə işgüzar münasibətdə deyil.....

Azərbaycan Mərkəzi Bankı (AMB) əlaqədar qurumlarla birlikdə sağlam maliyyə vasitəçiliyinin təmin olunması istiqamətində ardıcıl fəaliyyəti çərçivəsində ölkəmizin işğal altında olmuş ərazilərində qanunsuz maliyyə-bank əməliyyatlarının aparılmasına qarşı mübarizə tədbirlərini daim diqqət mərkəzində saxlayıb. Bununla bağlı müxtəlif vaxtlarda aşkar olunmuş faktlara qarşı ciddi tədbirlər görülüb, həmin əməliyyatların dərhal dayandırılması məqsədilə müvafiq addımlar atılıb.

<Mərkəzi Bank: Bu gün heç bir bank “Moneygram” pulköçürmə sistemi ilə işgüzar münasibətdə deyil.....

AMB-dən AZƏRTAC-a bildirilib ki, son zamanlar sosial şəbəkələrdə 44 günlük şanlı Vətən müharibəsindən öncə Azərbaycan Respublikasının işğal altında olan ərazilərində qanunsuz olaraq fəaliyyət göstərən “Moneygram” pulköçürmə sistemi ilə ödənişlərin həyata keçirilməsi faktları barədə məlumatlar yayılmaqdadır. Mərkəzi Bank bununla əlaqədar olaraq bildirir ki, həqiqətən də “Moneygram” pulköçürmə sistemi ayrı-ayrı dövrlərdə Azərbaycan Respublikasının işğal altında olan ərazilərində qanunsuz olaraq fəaliyyət göstərib və bu fakt aşkar olunduğu andan etibarən milli qanunvericiliyə və beynəlxalq prinsiplərə müvafiq olaraq ölkə ərazisində onun fəaliyyətinin dayandırılması istiqamətində adekvat tədbirlər həyata keçirilib. Nəticədə 2008-ci ildən etibarən “Moneygram” pulköçürmə sisteminin Azərbaycan Respublikasının ərazisində fəaliyyətinin qarşısı alınıb və bu gün heç bir bank sözügedən pulköçürmə sistemi ilə işgüzar münasibətdə deyildir.

Mərkəzi Bank ölkə ərazisində maliyyə vasitəçiliyinin milli qanunvericilik çərçivəsində təmin olunması məqsədilə davamlı olaraq pulköçürmə sistemlərinin monitorinqini həyata keçirib və müvafiq tələblərə riayət etməyən qurumların (“Unistream”, “MIGOM”, “LEADER”, “Bıstraya Poçta”, “Interexpress”, “RIA Money Transfer”, “Intelexpress”, “Sigue Money Transfer”) fəaliyyətinə qadağa qoyulub.