Nərimanovda yanğın zamanı bir nəfər xəsarət alıb.....

Bakı şəhərinin Nərimanov rayonunda yanğın olub.

<Nərimanovda yanğın zamanı bir nəfər xəsarət alıb.....

Fövqəladə Hallar Nazirliyinin saytından verilən məlumata görə, ümumi sahəsi 60 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikili və yaxınlıqda 3 ədəd şam ağacı yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər və ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.