”Saudi Aramco”nun xalis mənfəəti 30‰ artıb.....

Səudiyyə Ərəbistanının "Saudi Aramco" milli neft şirkəti bu ilin I rübündə xalis mənfəəti illik müqayisədə 29,9% artaraq 21,7 mlrd. ABŞ dolları təşkil edib.

<”Saudi Aramco”nun xalis mənfəəti 30‰ artıb.....

"APA-Economics"in şirkətə istinadən verdiyi məlumata görə, artımın əsas səbəbləri kimi, daha yüksək neft qiymətləri və neft emalı və kimya sənayesində rentabelliyin artması göstərilir. Qeyd edilir ki, şirkətin I rübdə olan xalis mənfəəti analitiklərin proqnozlarını üstələyib.

"2021-ci ildə enerjiyə tələbat üçün müsbət əlamətləri nəzərə alsaq, daha yaxşı günlərin gəlməsinə nikbin olmaq üçün daha çox səbəb var", - deyə "Saudi Aramco"nun baş direktoru Amin Nasser bildirib.

Mirsəid İbrahimzadə