Asəf Hacıyev: Azərbaycan enerji sahəsində Avropanın qarantı kimi qəbul edilən ölkələrdəndir.....

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbə və ərazi bütövlüyünün bərpa olunması bizim Parlament Assambleyasının bir neçə bəyannaməsində öz əksini tapdı. Təşkilatın 25 illiyinə həsr olunan Baş Assambleyada ölkələrin ərazi bütövlüyü və işğal olunan torpaqların şərtsiz azad olunmasına dair bəyannamə qəbul edildi. Çünki, ölkələrin ərazi bütövlüyünün pozulması iqtisadi əməkdaşlığın inkişafına da mane olan amillərdəndir. Belə bir sənədin qəbulu təşkilatın tarixində bir ilk idi. Təbii ki, bəzi ölkələr bunun əleyhinə idilər. Lakin, artıq buna dair sənəd var və Azərbaycan 44 günlük Vətən müharibəsi ilə öz torpaqlarını işğaldan azad etdi.

<Asəf Hacıyev: Azərbaycan enerji sahəsində Avropanın qarantı kimi qəbul edilən ölkələrdəndir.....

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan mediasına açıqlamasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin baş katibi, akademik Asəf Hacıyev bildirib.

Yanvarın 1-dən etibarən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sayının 13-ə çatacağını bildirən A.Hacıyev deyib: “Bunların arasında Azərbaycana dost, həmçinin uğurlarına bir o qədər sevməyən ölkələr də var. Lakin, buna baxmayaraq bu gün belə bir gözəl cütlük əmələ gəlib - Azərbaycan, Türkiyə və Gürcüstanı da bura əlavə etmək olar. Bu ölkələr dünyanın enerji bazarında artıq mərkəzə çevrilib. Bildiyiniz kimi, Xəzər dənizindən əldə edilən neft və qaz Türkiyə üzərindən dünya bazarlarına çatdırılır. Hazırda bütün dünya başa düşür ki, Azərbaycan, Türkiyə və Gürcüstan Avropanın enerji sahəsinin qarantı kimi qəbul edilir. Azərbaycan kiçik dövlət olsa da, bu gün artıq dünyanın siyasi xəritəsində layiqli yerini tutub. Bunu mümkün edən əsas amillər isə Azərbaycan Prezidenti İlham Əliyevin apardığı düzgün siyasət, ölkəmizin siyasəti, diplomatiya sahəsi üzrə görülən işlər və hərbi gücüdür”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul