Avqustda dəmir yolu ilə 284,9 milyon dollarlıq yük daşınıb.....

Avqustda dəmir yolu nəqliyyatı ilə ümumilikdə 590 min 174 ton yük daşınıb ki, bu yüklərin dəyəri 284,9 milyon ABŞ dolları olub.

<Avqustda dəmir yolu ilə 284,9 milyon dollarlıq yük daşınıb.....

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, keçən ay dəmir yolu nəqliyyatı ilə ixrac olunan 318 min 254 ton yükün dəyəri 107,2 milyon dollar təşkil edib.

Eyni dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 271 min 919 ton, dəyəri isə 177,6 milyon dollar olub.