Azərbaycan Avropa İttifaqı ölkələrindən ən çox İtaliyaya məhsul göndərib.....

Yanvar-may aylarında Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri arasında ən çox İtaliyaya məhsul ixrac edib.

<Azərbaycan Avropa İttifaqı ölkələrindən ən çox İtaliyaya məhsul göndərib.....

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın 5 ayda ən çox məhsul ixrac etdiyi Aİ-yə üzv ölkələr İtaliya, İspaniya və Portuqaliya olub. İtaliyaya ixrac olunan məhsulların dəyəri 2 milyard 730,9 milyon ABŞ dolları, İspaniyaya 342,3 milyon dollar, Portuqaliyaya isə 193,6 milyon dollardır.