Azərbaycan güləşçiləri U-23 dünya çempionatında rekorda imza atıblar.....

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı başa çatıb.

<Azərbaycan güləşçiləri U-23 dünya çempionatında rekorda imza atıblar.....

AZƏRTAC xəbər verir ki, 2017-ci ildən keçirilən bu yarışda Azərbaycan güləşi rekord nəticəyə imza atıb. Belə ki, bundan öncəki 3 dünya çempionatında (2017, 2018, 2019) cəmi 2 qızıl medal əldə olunmuşdusa, bu dəfə bir yarışda 3 güləşçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Belqradda 3 qızıl və 3 bürünc qazanan Azərbaycan medalların əyarına görə dünya üçüncüsü olub. Ölkəmiz yalnız Rusiya və Ukraynadan geri qalıb.

Xatırladaq ki, yunan-Roma güləşində Həsrət Cəfərov (67 kq) qızıl, Nihad Quluzadə (55 kq), Ülvü Qənizadə (72 kq) bürünc, sərbəst güləşdə isə Əliabbas Rzazadəylə (57 kq) Osman Nurməhəmmədov (92 kq) qızıl, Zirəddin Bayramov (65 kq) isə bürünc medalı boynundan asıblar.