Azərbaycan MDB ölkələrinə məhsul ixracını artırıb.....

Yanvar-avqust aylarında Azərbaycandan MDB ölkələrinə 1 milyard 62 milyon 968 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

<Azərbaycan MDB ölkələrinə məhsul ixracını artırıb.....

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici 2020-ci ilin müvafiq dövrünə nisbətən 182 milyon 372 min dollar çoxdur.

Cari ilin səkkiz ayında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 1 milyard 728 milyon 791 min dollar olub.