Azərbaycan səkkiz ayda ən çox İtaliyaya məhsul göndərib.....

Cari ilin yanvar-avqust aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.

<Azərbaycan səkkiz ayda ən çox İtaliyaya məhsul göndərib.....

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, səkkiz ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və Xorvatiya qərarlaşıb. İtaliyaya ixrac 4 milyard 885,8 milyon ABŞ dolları, Türkiyəyə 1 milyard 756,6 milyon dollar, Xorvatiya isə 547,8 milyon dollar dəyərindədir.

Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında isə ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 5 milyard 179,8 milyon dollar, Türkiyə ilə 2 milyard 884,9 milyon dollar, Rusiya ilə 1 milyard 780,2 milyon dollar təşkil edib.