Belçikada magistratura səviyyəsi üzrə təqaüd proqramına sənəd qəbulu aparılır.....

Belçikanın “College of Europe” ali təhsil müəssisəsinə 2022-2023-cü tədris ilində magistratura səviyyəsi üzrə təqaüd proqramına müraciətlər qəbul olunur.

<Belçikada magistratura səviyyəsi üzrə təqaüd proqramına sənəd qəbulu aparılır.....

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təqaüd proqramına 2022-ci il yanvarın 19-dək müraciət etmək olar. Proqram Avropa Qonşuluq Siyasəti ölkələrinin vətəndaşları üçün dövlət idarəçiliyi və siyasəti, beynəlxalq münasibətlər və diplomatiya, Avropa iqtisadi tədqiqatları, Avropa hüququ kimi ixtisaslar üzrə magistratura səviyyəsində təqaüdlü təhsil təklif edir.

Proqram haqqında ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.