Bərdədə karantin rejimi qaydalarının pozulduğu restoranlar aşkar edilib.....

Bərdə Rayon Polis Şöbəsinin və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarına riayət olunması məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində iki şadlıq sarayında pandemiya ilə bağlı tətbiq edilən tələblərin pozulduğu müəyyənləşdirilib.

<Bərdədə karantin rejimi qaydalarının pozulduğu restoranlar aşkar edilib.....

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, yoxlamalar zamanı rayon ərazisindəki “Soyuq Bulaq” şadlıq sarayında təşkil olunmuş toy mərasiminin iştirakçılarının “icazə.e-gov.az” portalında qeydiyyatdan keçmədikləri, “Sultan” şadlıq sarayında isə COVID-19 pasportu olmayan şəxslərin məclisdə iştirakına şərait yaradıldığı aşkarlanıb.

Həmin qayda pozuntuları ilə əlaqədar restorana cavabdeh şəxslər barəsində qanuna müvafiq tədbirlər görülüb.