Bəzi rayonlara qar yağıb - FOTO .....

 Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

<Bəzi rayonlara qar yağıb - FOTO .....

Xidmətdən APA-ya bildirilib ki, fevralın 17-si saat 15:00-a olan məlumatına əsasən, Maştağa, Binə, Pirallahı, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, Mərəzə, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Zərdab, Göyçay, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Göytəpə, Lənkəran, Astara, Xınalığa yağış, Şabran, Nabran, Sarıbaş (Qax), Xaltan, Quba, Xaçmaz, Qrız, Tovuz, Ağstafa, Qusar, Gədəbəy, Şahdağ, Daşkəsənə qar yağıb.

Şimal-qərb küləyinin  sürəti Xınalıq, Naftalanda 28, Neftçalada 26, Tərtərdə 25, Gəncədə 24, Şəmkir, Salyanda 18, Xaçmaz, Şəki, Hacıqabul, Qrızda 16, Qum adası, Pirallahıda 23, Bakıda 20, Çilov adası, Neft Daşlarında 18 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.5 metrə çatıb.

1 / 10

Əsmər Qabil