Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.....

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi qurumun yaradılmasının 20-ci ildönümü münasibətilə ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər .

<Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.....

AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət Komitəsinin kollektivi Fəxri xiyabana gedərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üstünə gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad olunub.