FHN: Xırdalanda sexdə baş vermiş yanğın söndürülüb.....

Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yerləşən sexdə yanğın baş verib.

<FHN: Xırdalanda sexdə baş vermiş yanğın söndürülüb.....

AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən operativ tədbirlər nəticəsində sexdə baş vermiş yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Yanğın qısa müddət ərzində söndürülüb.

Əlavə məlumat veriləcək.