Hidayət Heydərov Zaqrebdə keçirilən Qran-Pri turnirində qızıl medal qazanıb.....

Azərbaycan cüdoçusu Hidayət Heydərov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-Pri turnirində qızıl medal qazanıb.

<Hidayət Heydərov Zaqrebdə keçirilən Qran-Pri turnirində qızıl medal qazanıb.....

AZƏRTAC xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində finala qədər uğurla irəliləyən idmançımız həlledici mərhələdə moldovalı cüdoçu Viktor Sterpu ilə qarşılaşmanı qalib başa vurub.

Turnirdəki digər təmsilçimiz Məmmədəli Mehdiyev (90 kq) mübarizəyə sentyabrın 26-da qoşulacaq. Onun ilk görüşdə rəqibi Sebastian Oldak (Polşa) - Vitali Şepel (Ukrayna) cütünün qalibi olacaq.

Üç gün davam edəcək turnirdə 35 ölkədən 240-dən çox idmançı qüvvəsini sınayır.