İrandan ölkəmizə idxal edilən araxis əzməsinin istehlak üçün yararsız olduğu aşkarlanıb.....

Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirir.

<İrandan ölkəmizə idxal edilən araxis əzməsinin istehlak üçün yararsız olduğu aşkarlanıb.....

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, İran İslam Respublikasında “Shirezza Halva Shekari” tərəfindən istehsal olunan və “ Azər Pak” MMC tərəfindən ölkəmizə idxal edilən araxis əzməsi məhsuluna baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasında uyğunsuzluq (aflatoksin - B1) aşkar edilib.

Aşkar olunmuş faktla əlaqədar qanunvericiliyin tələbləri çərçivəsində müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 3,26 ton araxis əzməsi məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.