Kərə yağı və süddən hazırlanmış digər yağların idxalı cüzi azalıb.....

Bu ilin səkkiz ayında ölkəyə 9942 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub.

<Kərə yağı və süddən hazırlanmış digər yağların idxalı cüzi azalıb.....

AZƏRTAC Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadla xəbər verir ki, idxal edilən kərə yağı və süddən hazırlanmış digər yağların dəyəri 50,1 milyon dollar olub.

Xatırladaq ki, 2020-ci ilin yanvar-avqust aylarında 57,9 milyon dollarlıq 11,7 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.