Monteneqroda “Azərbaycanın görkəmli şəxsiyyətləri” kitab çap olunub.....

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi münasibətilə Azərbaycan - Monteneqro mədəni və iqtisadi mərkəzinin direktoru Seyran Mirzəzadə və mərkəzin üzvü, publisist Bojidar Proroçiçin həmmüəllifliyi ilə "Azərbaycanın görkəmli şəxsiyyətləri" kitabı Monteneqro dilində nəfis tərtibatda çap olunub.

<Monteneqroda “Azərbaycanın görkəmli şəxsiyyətləri” kitab çap olunub.....

AZƏRTAC xəbər verir ki, kitabda Azərbaycan tarixində müstəsna xidmətləri olan 31 görkəmli və tanınmış şəxsiyyətin həyatı, yaradıcılığı və fəaliyyəti haqqında geniş məlumat verilib.

Kitabda, həmçinin Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanından və İkinci Dünya müharibəsində Balkan ölkələrinin alman faşizmindən azad edilməsində qəhrəmanlıq göstərmiş, azərbaycanlılardan ibarət 223-cü diviziyanın döyüş yolundan da bəhs edilib.