Rusiya xarici işlər nazirinin müavini və İtaliya səfiri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.....

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və İtaliyanın RF-dəki səfiri Corco Staraçe Cənubi Qafqazda mövcud vəziyyəti müzakirə ediblər.

<Rusiya xarici işlər nazirinin müavini və İtaliya səfiri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.....

AZƏRTAC RF XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə baş tutmuş danışıqları kontekstində Cənubi Qafqaz regionundakı vəziyyət barədə fikir mübadiləsi aparıblar.

“Tərəflər Cənubi Qafqazda təhlükəsizliyin və iqtisadi inkişafın təminatı məqsədilə regionda vəziyyətin tezliklə sabitləşdirilməsində maraqlı olduqlarını ifadə ediblər”, - deyə Rusiya XİN-in məlumatında bildirilir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva