Təlimə cəlb edilən tank bölmələri tapşırıqları yerinə yetirir - VİDEO

<Təlimə cəlb edilən tank bölmələri tapşırıqları yerinə yetirir - VİDEO

Azərbaycan Ordusunda müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, təlimin niyyətinə uyğun olaraq əməliyyatlarda atəş dəstəyi həyata keçirəcək tank bölmələri təyin edilmiş məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqlar icra edirlər.