Türkiyədə son bir gündə 29,8 minədək insanın COVID-19 testi pozitiv çıxıb, 146 nəfər bu virusdan ölüb.....

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 146 nəfər vəfat edib.

<Türkiyədə son bir gündə 29,8 minədək insanın COVID-19 testi pozitiv çıxıb, 146 nəfər bu virusdan ölüb.....

APA xəbər verir ki, bu barədə “covid19.saglik.gov.tr” portalında məlumat yayılıb.

Məlumata görə, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 29 762 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 17 761, ağır xəstələr isə 1720 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 3 091 282 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 881 643 nəfər sağalıb, 30 462 nəfər isə həyatını itirib.